Toya gedən hansı müğənnilər vaksin vurdurub? - SORĞU

Toya gedən hansı müğənnilər vaksin vurdurub? - SORĞU
Uzun müddətdən sonra Azərbaycanda toy və şənlik mərasimlərinin keçirilməsinə icazə verilir. Pandemiya şəraiti olduğundan belə mərasimlər müəyyən qaydalar çərçivəsində keçirilir. Bu qaydalardan ən vacibi toy şənliklərində iştirak edənlərin peyvənd olunmasıdır.

Əlbəttə, şənlik, toy dedikdə ilk ağıla gələn müğənnilər olur. 

Maraqlıdır, toyların sevimli qonağı sayılan müğənnilər peyvənd olunublarmı? Yaxud onlar hansı vaksindən istifadə ediblər?

Modern.az saytının əməkdaşı bu suala cavab tapmaq üçün tanınmış sənət adamlar arasında sorğu keçirib.

Müğənni Manaf Ağayev vaksin vurdurduğunu, amma hansı peyvənddən istifadə etdiyini unutduğunu deyib:

"Əlbəttə, vaksin olunmuşam. Həm də ilk peyvənd olunanlardanam. Amma üzərindən uzun müddət keçdiyi üçün hansı vaksin olduğunu unutmuşam”.

Nazənin Salayeva sualımızı cavablandırmaqdan yayınaraq, bu barədə danışmaq istəməyib.

Mətanət Əsədova isə "Mənə sənətimlə bağlı sual verin”, deməklə kifayətlənib.

Həmkarlarından fərqli olaraq, müğənni Xatirə İslam vaksinasiyadan keçənlər sırasındadır:

"Vaksin olunmuşam, amma hansı vaksin olduğunu bilmirəm”.

Vasif Məhərrəmli Pfizer vaksinindən istifadə etdiyini bildirib: 

"Bəli, vaksin olunmuşam. Almaniya və Amerikanın birgə istehsalı olan Pfizer vaksinindən istifadə etmişəm”.

Xalq artisti Gülyanaq Məmmədova isə Çinin "SinoVac" peyvəndinə üstünlük verdiyini vurğulayıb.

"Vaksinin birinci dozasını vurdurmuşam. İkinci dozasının vaxtına az qalıb. "SinoVac" vaksinindən istifadə etmişəm”.

Xanəndə Gülyaz Məmmədova hələ avqustda peyvənd olunmağı planlaşdırır:

"Mənim alergiyam olduğu üçün həkim yoxlanışından keçdim. Ona görə hələ vaksin vurdurmamışam”.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişad, ad günü və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib.

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...