Toy karvanında TƏHLÜKƏLİ ANLAR - "Avtoş" həbs edildi - VİDEO

Toy karvanında TƏHLÜKƏLİ ANLAR -
Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Masallı şəhər sakini C.Vəliyev olduğu müəyyən edilib. Həmin şəxs idarə etdiyi konstruksiya dəyişikliyi edilmiş "Vaz 2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Sonradan isə etdiyi avtoxuliqanlıq hərəkətləri sosial şəbəkələrdə paylaşılıb. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Masallı  Rayon Məhkəməsinə göndərilib. C.Vəliyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakının məşhur gecə klubunda əməliyyat keçirildi, saxlanılanlar var - VİDEO

Bakıda polis tərəfindən gecə klubunda əməliyyat keçirilib. Sfera.az xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu, Tbilisi prospekti 27 ünvanında yerləş...

Bakıda "patı" alveri təsadüfən avtomobilin kamerasına belə düşdü - VİDEO

Bakıda "patı" alveri avtomobilin kamerasına düşdü.   Sfera.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülər Bakı küçələrinin birində lentə alınıb. B...

Azərbaycanlı avtoritet Ukraynadan belə deportasiya olundu - VİDEO

33 yaşlı azərbaycanlı kriminal avtoritet Ukraynadan deportasiya edilib. Sfera.az-ın yerli KİV-ə istinadən məlumatına görə, onun adı Milli təhlükəsizlik şu...

"Lotu Quli"nin qəbirüstü abidəsi görənləri heyrətləndirir - VİDEO

Türkiyənin "Bir gün" qəzetinin köşə yazarı Timur Soykan azərbaycanlı qanuni oğru, İstanbulda qətlə yetirilən Nadir Səlifovdan onun məzarlığından kadrlar yayımla...

Toy karvanında TƏHLÜKƏLİ ANLAR - "Avtoş" həbs edildi - VİDEO

Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, Masallı Rayon ...

Meyxanaçı Cavid Sumqayıtlının üstündən narkotik maddə çıxma anları - VİDEO

Meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) narkotik vasitəyə görə həbs olunma görüntüləri yayılıb. Sfera.az xəbər verir ki, üzərinə baxış keçirilən zaman onun...