\"Toy edənləri cəzalandırmaq kimi prinsipimiz yoxdur\" - DİN

\
"Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi qərarda Daxili İşlər Nazirliyinin üzərinə hansı vəzifələr düşürsə, biz onu icra edirik".

Sfera.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. DİN rəsmisi karantin qaydalarının pozulması ilə bağlı qaynar xəttə çoxsaylı zənglərin daxil olduğunu qeyd edib:

"Toy məclisi keçirənlər aşkarlandıqda araşdırma zamanı məlum olur ki, məclisdə aktiv koronavirus xəstəsi var. Ən təhlükəlisi isə özünün bundan məlumatlı olmasıdır. Həmin şəxs onu izləyən cihazı evdə qoyur və evdəyəm görüntüsü yaradır. O məclisdə musiqiçilərin, xidmət personalının arasında aktiv koronavirus xəstələrinin aşkarlanması dövlətin yaratdığı imkanlardan sui-istifadədir.

Anonim zənglərdən əlavə, sosial şəbəkələrdə olan informasiyalar yoxlanılır və əksər hallarda da öz təsdiqini tapır. Burada bizim məqsədimiz hansısa formada vətəndaşı cəzalandırıb inzibati məsuliyyətə cəlb etmək deyil. Belə bir prinsipimiz yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi qərarda Daxili İşlər Nazirliyinin üzərinə hansı vəzifələr düşürsə, biz onu icra edirik"- deyə, E.Hacıyev bildirib.
 
İnci
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...