“Toy edə bilməyən cütlüklər gərginlik keçirir” – Qadağanın götürülməsi Milli Məclisdə müzakirə olunacaq
16:13 / 27.01.2021
1971
Artıq bir ilə yaxındır ki, karantin rejimi ilə əlaqədar
ölkədə toyların keçirilməsinə qadağa qoyulub.
Məhz bu səbəbdən ötən il ərzində evlənən cütlüklərin
sayında ciddi azalma maşahidə edilib. Bu isə öz növbəsində gələcəkdə demoqrafik
vəziyyətə mənfi təsirini göstərəcək. Eyni zamanda qərarın qüvvədə olması, toy sənayesinin
çöküşü ilə nəticələnib ki, bu da işsizlər ordusunun sıralarını daha da artırıb.
Maraqlıdır, sərt karantin rejimin yumşaldığı bir
vaxtda deputatlar sözügedən problemi Milli Məclisdə qaldırmağı düşünürmü?
Sfera.az məsələ ilə bağlı millət vəkillərinin
fikirlərini öyrənib:
Deputat Razi Nurullayev yaxın zamanlarda Milli Məclisin
plenar iclasında deputatların bu məsələni qaldıra biləcəyini qeyd edib:
"Toyların bərpası məsələsini yaxın zamanlarda
plenar iclasda qaldırmaq mümkündür. Bu, mənim və digər parlament üzvləri tərəfindən
ola bilər. Artıq ölkəyə koronavirus əleyhinə peyvənd gətirilib və
vaksinasiya başlanılıb. Hesab edirəm ki, bir-iki ay müddətinə risk qrupları
vaksinasiya olduqdan sonra toyların təşkilinə icazə veriləcək.
Toyların hansı şəkildə
keçirilməsi məsələsinə isə aidiyyatı orqanlar qərar verəcək. Çox istərdim ki,
biz virusla yaşamağı öyrənək, toylar keçirilsin, sərt karantin rejimi tətbiq
edilməsin. Amma hələ ki, virusla yaşamağı öyrənməmişik və dövlət də bunun fərqindədir.
İnsanların əsəbləri pozulub, toy etməyən cütlüklər gərginlik keçirir. Bütün bu
problemlərin həlli üçün vaksinasiyanın tez bir zamanda yekunlaşması lazımdır".
Deputat Fazil Mustafa isə toyların keçirilməsi ilə
bağlı qərara hər hansı müdaxilənin olmamasını daha uyğun hesab edir:
Sfera.az
Əzizə Zeynal