Toy biznesini itirən müğənnilərin ikinci sənəti – Kim haradan qazanır?
14:32 / 10.02.2021
2035
Məlum olduğu kimi,
koronavirus pandemiyası səbəbiylə Azərbaycanda toylar da daxil olmaqla, bütün
kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub. Təxminən bir ilə yaxındır ki, toylarla bağlı
qadağanın gündəmdə olması, gəliri bu sahədən çıxan müğənniləri işsiz qoyub.
Maraqlıdır, maddi
qazancı toylar və şou-proqramlardan formalaşan müğənnilərin gəlirlərini təmin
edə biləcək, ikinci bir sənəti varmı?
Mövzu ilə bağlı Sfera.az-a
danışan Əməkdar artist Yusif Mustafayev bildirdi ki, heç bir işlə məşğul deyil:
"Müğənnilikdən başqa, heç bir yerdən gəlirim yoxdur. Yəni, elə də bir biznesim yoxdur ki, oradan maddi gəlir əldə edim. Yeganə gəlirimi
dövlətdən aldığım pensiya və "Əməkdar artist” adına aldığım müavinət təşkil
edir. Təbii ki, övladlarım da mənə çox böyük dəstəkdir. Həm də ki, yaman gün
üçün də gərək vaxtında düşünəsən. Həyatın işini bilmək olmur, həmişə insanın üzünə
gülməz ki? Gərək hər bir çətinliyə hazır olasan”.
Söhbət zamanı sənətçi pulunu qənaətlə xərclədiyini də söylədi:
"Əvvəl bir yerə gedəndə 10 manat xərcləyirdimsə, indi 1 manat
xərcləyirəm. Həmişə düşünürdük ki, toylarımız var, ürəkli xərcləyirdik. Ancaq
indi elə deyil axı. Düzü, indiyə qədər
maddiyatla bağlı heç bir sıxıntım olmayıb. Yenə də sabahı düşünməliyik, çünki
pandemiyanın nə vaxt bitəcəyi bəlli deyil”.
Müğənni Nadir Bayramlı hazırkı vəziyyətindən şikayətçi
olmadığını vurğuladı:
"Mənim müğənnilikdən başqa,
digər bir sənətim yoxdur. Neyləmək
olar ki, bir təhər dolanarıq. Bu müddətdə isə sənətimlə məşğulam. Kiçik bir səsyazma
studiyam var. Demək olar ki, hər gün orada oluram. "Çətin günün ömrü az olur”
deyiblər, yəqin ki, bu vəziyyətdən də üzüağ çıxarıq”.
Əməkdar artist Sahib
İbrahimov isə, müğənnilikdən başqa, pedaqoji fəaliyyətlə məşğul olduğunu qeyd
etdi:
Jalə Mehdi
Sfera.az