Tovuzda minaatan mərmisi aşkar edilib - FOTO

Tovuzda minaatan mərmisi aşkar edilib - FOTO
 2020-ci il 24 İyul tarixində saat 16:53-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonu, Ağdam kəndi ərazisində 1 ədəd mərminin aşkar olunması barədə məlumat daxil olub.

ANAMA-dan Sfera.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış 1 ədəd minaatan mərmisinin hissəsi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin hissəsinin ətrafında 60 kv.m əraziyə yerüstü, 4 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

OXŞAR XƏBƏRLƏR

Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib - FOTO

 Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı Ayxan Hüseynli dənizdə boğulmaq ...

Hafiz Hacıyev polisdən qaçdı, sürücülük hüququ məhdudlaşdırıldı - FOTOLAR

  Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib.   Sfera.az-ın  Avtosfer.az-a istinadən məlumatına görə, ...

Azərbaycanda stilist intihar etdi - FOTO

Stilist Müşfiq Musayev intihar edib.  Sfera.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu Saray qəsəbəsində qeydə alı...

Şəmkirdə top mərmisi tapılıb - FOTO

 Avqustun 3-ü saat 11:10-da Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA...

Məşhur Hindarxında əməliyyat: 2 nəfər saxlanıldı – FOTO

 Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-Xaş 2020” kompleks tədbirlər planına uyğun olaraq kultivasiya yolu ilə yetişdirilən narkotik tə...

Gəncədə gizli nişan mərasimi etmək istəyənlər saxlanılıb - FOTO

 Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Po...