Tovuzda evlərdən 16 min manatlıq oğurluq edildi
14:58 / 20.11.2021
1495
Tovuzda evlərdən oğurluq edən şəxs tutulub.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5 700 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları, digər 1 evdən isə 300 manat pul oğurlamaqda şübhəli bilinən Hunanlar kənd sakinləri V.İbrahimov saxlanılıb, digər 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.