Tovuzda dələduz \"makler\" yaxalandı

Tovuzda dələduz \
Tovuz rayonunda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Tovuz sakini rayon Polis Şöbəsinə müraciət edərək, Əli adlı şəxsin onun evinə işıq çəkdirəcəyini vəd edərək ondan dələduzluq yolu ilə 2850 manat pul alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinən rayon sakini, Əli Novruzov saxlanılıb. Onun ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs müxtəlif vaxtlarda daha bir neçə rayon sakininə dövlət qurumlarındakı "nüfuzundan” istifadə edərək onlara kömək edəcəyini bildirmiş və beləliklə həmin şəxslərə qarşı dələduzluq edib. Belə ki, Əli Novruzov 4 nəfər şəxsə əlilliyə görə pensiya təyin etdirəcəyi barədə vəd verərək onların ümumilikdə 16400 manat nağd pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa saxlanılan şəxs rayon sakini ilə əlaqə yaradaraq ona yaşadığı kənd ərazisində torpaq sahəsi verdirəcəyini bildirərək ondan 1000 manat pul alıb. Hələlik 6 nəfərə qarşı dələduzluq edərək ümumilikdə onların 20.000 manatdan çox pulunu dələduzluq yolu ilə mənimsəyən Ə. Novruzovun əməllərindən digər vətəndaşların da zərər çəkməsi istisna olunmur, odur ki, həmin şəxslər DİN-in "102” Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Saxlanılan şəxs barəsində Tovuz rayon Polis Şöbəsinin İstintaq Bplməsində Cinayət Məcəslləsinin 178.2.2 (Dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...