Tovuzda ağır qəza: Üç nəfər yaralandı
00:30 / 11.04.2021
5425
Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sfera.az-ın məlumatına görə, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.
VAZ markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər - 1993-cü il təvəllüdlü Arzuman Əhmədov, 1962-ci il təvəllüdlü Orxan Novruzov və 1962-ci il təvəllüdlü Felya Əhmədova xəsarət alıblar.
Onlardan biri təcili tibbi yardım maşını ilə, digərləri isə vətəndaşların yardımı ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
(Report)