Tovuz və Qaradağda 85 millimetrlik top mərmisi aşkar edildi - FOTO

Tovuz və Qaradağda 85 millimetrlik top mərmisi aşkar edildi - FOTO
Aprelin 16-da Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Sfera.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xüsusi texnika və avadanlıqlarla təchiz edilmiş pirotexnik qrupu cəlb olunub.

Hadisə yerinə baxış zamanı döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli 1 ədəd 85 millimetrlik top mərmisi aşkar edilib.

FHN XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin etdikdən sonra pirotexniklər aşkar edilmiş mərmini ərazidən götürərək müvafiq qaydada zərərsizləşdiriblər.

Əraziyə təkrar baxış zamanı başqa partlayış təhlükəli əşya aşkar edilməyib.

Həmçinin Tovuz rayonunun Vahidli kəndi ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə Nazirliyin "112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında FHN Xüsusi Riskli Xilasetmə Xidməti və Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerinə baxış zamanı 1 ədəd partlamamış 85 millimetrlik top mərmisi aşkar edilib və götürülərək aidiyyəti üzrə təhvil verilib. Təkrar baxış zamanı ərazidə hər hansı partlayış təhlükəli əşya aşkar edilməyib.


OXŞAR XƏBƏRLƏR

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi BRİFİNQ KEÇİRİR

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) brifinqi keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağıro...

Çingiz Abdullayevdən səhhəti ilə bağlı PAYLAŞIM: "Ola bilsin ki, mənim üçün..." - FOTO

“Mən yenidən doğuldum”.   Sfera.az bildirir ki, bunu dünən xəstəxanadan evə buraxılan Xalq yazıçısı Çingiz Abdullayev deyib. O, səhhətin...

Xoşqədəm Hidayətqızı izləyicisinə QARĞIŞ ETDİ: "Canına tökülsün" - FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla paylaşdığı fotolara gələn rəylərə əsəbiləşib.   Sfera.az bildirir ki, o, izləyicilərinə sərt ...

” Biz bilirdik ki, Azərbaycan nə zaman istəsə bu qoşunları ölkədən çıxaracaq” - Millət vəkili

“Çünki bütün bu illər ərzində deyirdilər ki, “Rusiya qoşunları Azərbaycandadır və buradan cıxmayacaq” kimi cəfəng fikirlər səsləndirirdilər. B...

ABB-dən cəmi bir günə tender qarantiyası

ABB hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərə dəstək məqsədilə bank vəsaiti hesabına tender qarantiyası  şərtlərini sadələşdiri...

Bu iki şirkətin direktorlarına CİNAYƏT İŞİ BAŞLANDI

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətind...