No Image

"Tottenhem" "Real"ın futbolçusunu transfer etdi

 

İngiltərənin "Tottenhem" klubu "Real"ın müdafiəçisi Serxio Reqilonu transfer edib.

 

Sfera.az "Sky Sports"a istinadla xəbər verir ki, bu keçid London klubuna 30 milyon avroya başa gəlib. Madrid təmsilçisi ispaniyalı futbolçunu 45 milyon avroya geri qaytarmaq hüququna malikdir.

 

23 yaşlı sol cinah müdafiəçisi ötən mövsüm icarə əsasında "Sevilya"da çıxış edib.

OXŞAR XƏBƏRLƏR