\"Totenhem\" Cenk Tosunu icarəyə verib

\
 

Türkiyə millisinin futbolçusu Cenk Tosun İngiltərənin "Everton" klubundan ayrılıb.

Sfera.az "Sabah"a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu mövsümün sonuna kimi ölkənin digər komandası "Kristal Palas"a icarəyə verilib. Oyunçu hazırda yeni klubunda tibbi müayinədən keçir.

Qeyd edək ki, Cenk Tosun 2018-ci ilin yanvarında "Beşiktaş"dan "Everton"a transfer olunub. Onun klubla müqaviləsi 2022-ci yayında başa çatır.


OXŞAR XƏBƏRLƏR