“Total” Azərbaycanda həyata keçirilən layihələrini davam etdirəcək

“Total” Azərbaycanda həyata keçirilən layihələrini davam etdirəcək
 Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Total Azərbaycan” şirkətinin baş meneceri Regis Aqutu qəbul edib.

Sfera.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, görüşdə qlobal pandemiya dövründə uğurlu "Abşeron” layihəsi çərçivəsində əməkdaşlığın hazırkı effektivlik səviyyəsində davamlı olması üçün həyata keçirilən tədbirlər barədə, eləcə də hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə bağlı SOCAR prezidentinə məlumat verilib.

Eyni zamanda "Total” şirkətinin Azərbaycanda həyata keçirilən layihələrə sadiq qaldığı vurğulanıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qlobal enerji bazarında baş verən proseslər müzakirə olunub.

Sonda "Total Azərbaycan” şirkətinin baş meneceri Regis Aqut "Total” şirkətinin kəşfiyyat və hasilat üzrə vitse-prezidenti Arno Bruyakın (Arnaud Breuilliac) məktubunu SOCAR-ın prezidenti Rövnəq Abdullayevə təqdim edib.

Qeyd edək ki, "Total” şirkəti Azərbaycanda SOCAR ilə birlikdə "Abşeron” yatağının işlənməsi layihəsində iştirak edir. "Abşeron” yatağı Xəzər dənizinin Azəraycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və "Total” şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir. Qazma işləri SOCAR-ın CDC şirkəti tərəfindən aparılıb. "Abşeron” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biri, eyni zamanda son 10 ildə "Total” şirkətinin ən böyük kəşfidir. Yatağın işlənilməsi Azərbaycanın təbii qaza artan daxili tələbatının təminatına və ixrac gəlirlərinin yüksəlməsinə mühüm töhfə verəcək.

OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...