Torpaqlarımızın neçə faizi tam azad olunub?

Torpaqlarımızın neçə faizi tam azad olunub?
"İndiyə kimi işğal altında olan torpaqlarımızın təxminən 7-8%-i tam azad olunub”.

Sfera.az xəbər verir ki, bu barədə Modern.az-a iqtisadçı Natiq Cəfərli bildirib:

"Bu mövzuda müxtəlif hesablamalar var. Amma nəzarət altına aldığımız əraziləri kənara qoysaq, düşmən tapdağında olan 20% torpaqlarımızdan 7-8%-i işğaldan azad edilib. Nəzarət altında olan Şuşa, Kəlbəcər, Laçını da əlavə etsək yarısına yaxınlaşırıq”.

N.Cəfərli deyib ki, işğaldan azad edilmiş torpaqların əksəriyyətini Füzuli və Cəbrayıl rayonları təşkil edir:
"Bu rayonların ərazisi kifayət qədər genişdir. Bunu da qeyd etmək lazımdır ki, ərazinin genişliyi yox, strateji mövqeyi də önəmlidir. Bu səbəbdən Hadrut və digər yüksəkliklər ərazi olaraq kiçik olsalar da, əhəmiyyətinə görə digər rayonlardan geri qalmırlar. Bu ərazilərin strateji əhəmiyyəti çox böyükdür”

OXŞAR XƏBƏRLƏR