Torpaq sürüşməsi: Qaya parçaları yola düşdü
18:55 / 02.05.2021
3503
Daşkəsən rayon ərazisində torpaq sürüşməsi olub, qaya parçaları avtomobil yoluna düşüb, nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Sfera.az Report-a istinadla xəbər verir ki, son günlər yağan güclü yağışlar səbəbindən torpaq sürüşməsi olub.
Gəncə-Daşkəsən avtomobil yolunun Daşkəsən rayon Bayan, Qızılca və Danayeri ərazisindən keçən hissəsində baş vermiş torpaq sürüşmə nəticəsində iri qaya parçaları və torpaq kütləsi yola düşüb.
Avtomobillərin hərəkətində qismən çətinlik yaranıb. Hazırda aidiyyəti qurumlar tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər görülür.