Topaz tərəfindən texniki problemlərin həlli ilə bağlı müraciət (18+)

Topaz tərəfindən texniki problemlərin həlli ilə bağlı müraciət (18+)
 
Azərbaycanın yeganə rəsmi bukmeyker şirkəti olan "Topaz"
yaranan texniki problemlərlə bağlı mediaya müraciət edib.
Topaz bildirib ki, sistem texnologiyalarının müvəqqəti
nasazlığı ilə bağlı bəzi texniki problemlər yaşanmışdır. Onlar
operativ şəkildə aradan qaldırılsa da narazıçılığa səbəb
olmuşlar. 
Məsələyə aydınlıq gətirmək üçün Topaz hər hansı bir texniki
qüsurlar yarandığı halda məsuliyyəti üzərinə götürdüyünü
təsdiq edir. 
Bunu "Caspiantech” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə
nümayəndəsi Ruslan Ağayev bildirmişdir.
"Bütün yazılan kuponlar MBNP tərəfindən təsdiqlənmiş
qiymətli kağız sayıldığına görə dövlət tərəfindən təmin olunur,
o üzdən Topaz narahatçılıq üçün heç bir səbəb olmadığına və
bütün ödənişlərin həyata keçiriləcəyinə zəmanət verir. 
Gələcəkdə hər hansı bir texniki problem yaşanarsa, biletlər
manual şəkildə dəyərləndiriləcək və mərc oyunları
qaydalarına əsasən bütün uduşlar ödəniləcək”. 
"Topaz" yaranan narahatçılığa görə üzr istəyir və problemin
ən qısa vaxtda aradan qaldırılması üçün təxirəsalınmaz
tədbirlər həyata keçirir.
"Caspiantech" QSC (daha öncə "Azərinteltek" QSC olmuşdur)
Azərbaycanın idman mərc oyunları sektorunda investisiya
potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il
tarixində təsis edilib və ticarət nişanı olan "TOPAZ" 2011-ci
ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu
operatoru kimi fəaliyyətə başlayıb. "TOPAZ" markası
yarandığı dövrdən bu zamanadək bir çox layihələr üzərində
çalışaraq Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafına
layiqli töhfələr vermişdir.
 


OXŞAR XƏBƏRLƏR