No Image

TOPAZ illeqal fəaliyyət göstərir?

TOPAZ illeqal fəaliyyət göstərir?

İdman-mərc oyunlarını tənzimləyən normativ hüquqi bazanın inkişaf etdirilməsinə ehtiyac vardır. Belə ki, bu sektor "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir, sırf bu sektoru tənzimləyən qanun təəssüf ki, hələ qəbul edilməmişdir.

 

Qeyd olunan qanunun 53-cü maddəsi qeyd edir ki, idman-mərc oyunu operatoruna akkreditasiyanı dövlətin müvafiq icra orqanı (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi) həyata keçirdiyi halda, bu mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı (Azərbaycan Respublikası Mərkəzi Bank) həyata keçirir. Bu sferanın sürətlə inkişaf etdiyini nəzərə alaraq etiraf etmək lazımdır ki, qeyd olunan hər iki qurumda sırf bu sahə üzrə mütəxəssislər mövcud deyildir və onlar əksər hallarda qanunvericiliyin onlara verdiyi səlahiyyətlər çərçivəsində iqtisadiyyatın bu sferasını tənzimləməyə çalışırlar.

 

Azərbaycanda indiyə qədər qurumlararası koordinasiyanı yaradacaq bir mexanizmin, təsisatın olmaması ona gətirib çıxardır ki, bu sahədə tamamilə xaos hökm sürür.

 

Gəlin bu tezisi konkret olaraq normativ-hüquqi baza fonunda əsaslandıraq. "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 20 avqust, 2010-cu il QƏRARINA nəzər salaq:

 

Qərarın 3.1.2-ci maddəsində qeyd edilib ki:

 

"3.1.2. hüquqi şəxsin özü və ya onun təsisçilərindən biri son 3 il ərzində hər il orta hesabla ən az 1 (bir) virtual və 1000 (bir min) stasionar satıcı şəbəkəsi vasitəsilə idman mərc oyunlarını təşkil etməli və keçirməli və bu satıcı şəbəkəsi vasitəsilə ən az 500 (beş yüz) milyon manat həcmində orta illik dövriyyənin risk idarəetməsini (mərc oyunlarında oyun proqramının, uduş əmsallarının və minimum mərc sayının müəyyənləşdirilməsi yolu ilə mərc oyununun keçirilməsi zamanı qarşıya çıxan riskin öhdəliyə götürülməsi) həyata keçirməli;"

 

Fakt ondan ibarətdir ki, Azərbaycan bazarının yeganə mərc operatorunun nə özü, nə də təsisçiləri bu kriteriyaya faktiki olaraq cavab vermir.

 

Azərbaycanda üst-üstə sayılsa 300 Topaz stasionar məntəqəsi ya ola ya da olmaya... 500 milyondan isə söhbət gedə bilməz...

 

Onda sual olunur ki, bu sahəyə nəzarət edən dövlət qurumları, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyinin Vergi Xidməti və digər müvafiq qurumları hara baxır?

 

Kiçik və orta sahibkar xırda pozuntu edəndə biznesini cərimələrlə çökmə həddinə gətirənlər Topaz'a niyə göz yumur? Nədir Topaz'ın toxunulmazlığının sirri?

 

Dünənki yazıda Topaz'ın vergi qanunvericiliyini pozmasına aid konkret fakt açıqlanmışdı (qanunsuz dividend ödənişi), bugün isə şirkətin ölkənin bu sahədəki əsas tənzimləyici qanununu kobud şəkildə pozulmasına dair nəzəri deyil, konkret misal verilir.

 

Topaz özündə bu cəsarəti hardan tapır ki, akkreditasiya qaydalarını belə kobud şəkildə pozur? Bu sual ritorik deyil, konkret olaraq Gənclər və İdman nazirliyinə, onun mərc sahəsindəki ixtisaslaşmış qurumu "Azəridmanservis"ə ünvanlanır.

 

Qanunun 5-ci maddəsi isə Akkreditasiya haqqında qərarının ləğv edilməsi haqqındadır. Burada deyilir:

 

5.1. Aşağıdakı hallarda nazirlik Operatorun akkreditasiyası haqqında qərarı ləğv edə bilər:

 

5.1.3. akkreditasiya zamanı Operator tərəfindən bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq təqdim edilmiş texniki təklifin şərtləri pozulduqda

 

Belə çıxır ki, mövcud şərtlərlə TOPAZ akkreditasiyası ləğv edilməlidir.

 

Növbəti yazılarımızda oxucularla həmçinin Topaz'da baş verən bilet saxtalaşdırmalarına dair məlumatları paylaşacağıq.

 

Bununla da bu sektora nəzarət etməli orqanlardan 3-cü orqan olan Mərkəzi Bankın da faktiki bu nəzarəti həyata keçirmədiyini növbəti konkret, faktiki məlumatla təqdim edəcəyik.

 

Orxan

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Tofiq Yaqublu azadlığa buraxılır

  Müsavat Partiyasının Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət ...

“Kaspi” Təhsil sisteminin özü bir növ FETÖ təhsil sisteminin oxşarıdır” – ƏLİ HƏSƏNOV HAQDA RƏYLƏR

"Kaspi” Təhsil sisteminin özü bir növ FETÖ təhsil sisteminin oxşarıdır”. Bunu Sfera.az-a açıqlamasında Türkiyə mətbuatının Prezidentin sabiq köməkçisi Ə...

Pənah Hüseyn efirdən bəyan etdi - "MƏN LOTUYAM..."

Jurnalist Əvəz Zeynallının müəllifliyi ilə yayıma çıxan "Siyasət meydanı" verilişində AXP sədri, sabiq baş nazir Pənah Hüseynlə Azərbaycan Naminə Alyans Part...

“Onu aradan götürəcəkdim, hər şey hazır idi…” – ABŞ prezidenti Bəşər Əsədi niyə öldürə bilməyib?

Tramp Bəşər Əsədi yox etmək istəyini etiraf edib. ABŞ prezidenti Donald Tramp Suriyanın prezidenti Bəşər Əsədin aradan götürülməsi ilə bağlı müzakirələr...

TOPAZ müəmması davam edir - Gənclər və İdman Nazirliyinə 3 sual!

Diqqətli oxuyucularımız xatırlayacaq ki, dünən səhifəmiz vasitəsilə TOPAZın sahibi olan şirkətin hal-hazırda dövlətin müəyyən etdiyi akkreditasiya qaydalarını...

Türk Ordusu Qarabağa girir? – Qarabağdakı PKK yaraqlılarına qarşı antiterror əməliyyatı

"PKK terrorçuları Dağlıq Qarabağda yerləşdirilirsə, Türkiyənin tam ixtiyarı çatır ki, Azərbaycan Ordusu ilə birgə sözügedən istiqamətdə müəyyən hücum əməliyya...