Toliklə Elnarə Xəlilova arasında video QALMAQALI

Toliklə Elnarə Xəlilova arasında video QALMAQALI
Müğənni Elnarə Xəlilova ilə prodüser Tarix Əliyev (Tolik) arasında qalmaqal yaranıb.
 
Sfera.az bildirir ki, buna səbəb Tolikin Elnarənin  "Törəmək üçün doğulmuşam" açıqlamasının yer aldığı videosunu paylaşması olub. Belə ki, müğənni paylaşıma sərt reaksiya verib.

"8 il bundan öncə verdiyim müsahibəm indi niyə yadınıza düşdü? Ad günüm də deyil ki, deyim yadına düşmüşəm. Bəlkə yeni klipim çıxacaq ona görə? Axı diqqəti başqa yerlərə yönəltmək lazımdı, analıq filan. Əgər siz belə şeylərə əl atmağa başlamısınızsa, demək ki, hər şey qaydasındadır və mən düz yoldayam”, - deyə Xəlilova paylaşıma şərh yazıb.

Ardınca Tolik Elnarəyə cavab verib. O bildirib ki, ifaçının 8 il əvvəl verdiyi açıqlamanı paylaşmaqda pis məqsədi olmayıb:

"Elnarəni Rövşənlə ailə qurmazdan əvvəl tanıyıram. Həmişə də düşünmüşəm ki, şou-biznesdə çox ailələr qurulsa da, saf məhəbbət üzərində qurulanlardan biri onların ailəsidir. Elnarənin müğənniliyinə gəldikdə isə, onun sənətində Vaqif Gərayzadə kimi şəxsiyyətin imzası var. Dünənki paylaşımımı "TikTok"dakı bir səhifədə gördüm və marağıma səbəb oldu. Amma nəinki Elnarənin, ölkənin ən öndə gedən ulduzlarının həyatı mənə o qədər maraqsızdır ki, durum araşdırım kim neçənci ildə nə danışıb".

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...