\"Tokio-2020\": Gerisayım ləğv olundu
14:15 / 05.06.2020
1078
Yaponiyanın paytaxtı Tokioda keçiriləck Yay Olimpiya Oyunlarının təşkilatçıları yarışın başlanmasına bir il qalmış gerisayımla bağlı tədbiri keçirməkdən imtina edib.
Sfera.az xəbər verir ki, qərar "Tokio-2020"nin formatının sadələşdirilməsi və optimallaşdırılması çərçivəsində qəbul olunub.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb. (report)