Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli olub

Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli olub
Tokio-2020 Yay Olimpiya Oyunlarının futbol yarışlarında ilk yarımfinalçı müəyyənləşib.

Sfera.az xəbər verir ki, 1/4 finalda Kot-d İvuar yığmasını 5:2 hesabı ilə məğlub edən İspaniya millisi adını növbəti mərhələyə yazdırıb.

Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. 10-cu dəqiqədə Afrika təmsilçisinin heyətində Erik Bayi fərqlənib. Yarım saatın tamamında Dani Olmo hesabı bərabərləşdirib. Matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Maks Qradel Kot d İvuarı yenidən önə keçirib. Lakin 2 dəqiqə sonra Rafael Mir tarazlığı bərpa edib.

Pireneylilər əlavə vaxtda daha 3 qol vurublar. 98-ci dəqiqədə Mikel Oyarsabal fərqlənib. 117 və 120+1-ci dəqiqələrdə rəqib qapısına yol tapan Mir həm het-trikini, həm də komandasının qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, İspaniya millisi yarımfinalda Yaponiya - Yeni Zelandiya cütünün qalibi ilə qarşılaşacaq.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...