Tokio-2020: Daha bir cüdoçumuz medalsız qaldı

Tokio-2020: Daha bir cüdoçumuz medalsız qaldı
Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Sfera.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Monqolustan təmsilçisi Səid Mollayi ilə üz-üzə gəlib.

Görüşün sonlarında Fətiyev ayağındakı zədə ilə bağlı tibbi yardıma ehtiyac duyub. Əsas vaxtda qalib müəyyənləşməyib. Qızıl xal bölümündə burnundan qan açıldığı üçün azərbaycanlı cüdoçu növbəti dəfə həkimlərə müraciət edib.

Görüşü çətinliklə də olsa, davam etdirən Fətiyev rəqibinə fənd tətbiq etmək istərkən, özü əks-fəndə düşüb və vazari xalı ilə uduzaraq, olimpiada ilə vidalaşıb.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) yarışı medalsız başa vurub. Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.

*** 08:03

Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 81 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Frederik Harris (Sierra Leone) ilə üz-üzə gəlməli idi.

Rəqibi qarşılaşmaya çıxmadığı üçün Fətiyevə texniki qələbə verilib. O, 1/8 finalda Monqolustan təmsilçisi Səid Mollayi ilə görüşəcək.

OXŞAR XƏBƏRLƏR