Tokayevin müraciəti Qazaxıstanın qarşısında duran əsas vəzifələri müəyyənləşdirir - Ekspert

Tokayevin müraciəti Qazaxıstanın qarşısında duran əsas vəzifələri müəyyənləşdirir - Ekspert

Qasım-Comərd Tokayevin Qazaxıstan xalqına Müraciəti, bütün dünya üçün mürəkkəb bir dönəmdə Qazaxıstan dövlətinin qarşısında duran əsas vəzifələri müəyyənləşdirir. Strategic Concultancy Group-un direktoru (Azərbaycan, Bakı) Fərhad Məmmədov hesab edir ki, Müraciətin mətni dövlət və cəmiyyət həyatının praktiki olaraq bütün sahələrini əhatə edir.


"Tokayev Qazaxıstan Prezidenti seçildiyi andan etibarən geniş miqyaslı islahatların həyata keçirələcəyini anons etdi ki, bu da Qazaxıstanın koronavirus pandemiyası səbəbindən dünyada yaranan mürəkkəb vəziyyətdən bir sıra ölkələrlə müqayisədə daha əhəmiyyətsiz itkilərlə çıxmasına imkan verdi. Başqa ölkələrdəki vəziyyətə baxsaq, Qazaxıstanda qərarların vaxtında verildiyini və təsirli olduğunu söyləyə bilərik.

 

Onu da etiraf etməliyik ki, istənilən məhdudiyyətlər cəmiyyətin narazılığına səbəb olur və inkişaf sürətini ləngidir. Bununla yanaşı, pandemiya ilə imtahana çəkiləməyimiz proseslərin önündə getdiyini, aşağıdan hərəkət gözləmədən islahatları yuxarıdan stimullaşdırdığını növbəti dəfə nümayiş etdirən Prezident Tokayevin qeyd etdiyi bir neçə vacib məqamı üzə çıxardı”,- deyə, Fərhad Məmmədov bildirib.

 

Ekspertin fikrincə, pandemiyadan sonrakı dövr dövlət sektorunun səmərəlilik səviyyəsinin yüksəldilməsi və optimallaşdırılması ilə yadda qalacaq. Strateji Planlaşdırma və İslahatlar Agentliyinin fəaliyyətinin bərpası, bu struktura böyük səlahiyyətlərin verilməsi və birbaşa Prezidentə tabe olması islahatların gücləndirilməsinə xidmət edir.


"Dövlət planlaması pandemiya dövründə daha aktual oldu, çünki məhz dövlət cəmiyyətin diqqət mərkəzində idi. Görünməmiş məhdudiyyətlərin nəticələrinin aradan qaldırılması prosesində dövlətin rolu artdı. Bununla yanaşı, Tokayev vurğulayır ki, bu tendensiya uzun müddət davam edə bilməz və müraciətin tezislərində dövlətin iqtisadiyyata müdaxiləsini məhdudlaşdıran əsas konturlar öz əksini tapıb.İslahatların operativ həyata keçirilməsi üçün İslahatlar üzrə Prezident Şurası yaradılmalıdır və son qərarları həmin Şura verməlidir. Bu, həmçinin Prezidentin qərar qəbulu prosesində şəxsi iştirakını və qəbul olunan qərarlara görə şəxsən məsuliyyət daşıdığını nümayiş etdirir. Digər tərəfdən, dövlət aparatı da bu məsələyə cəlb olunacaq. Müxtəlif sosial qrupların nümayəndələrinin Şuradakı iştirakı islahatları humanistləşdirməyə imkan verəcək, belə ki, islahatlarla bağlı əvvəlki qərarqəbuletmə təcrübəsi ixtisaslaşmış dövlət strukturları arasındakı məsləhətləşmələrlə məhdudlaşırdı”,-deyə, Fərhad Məmmədov bildirib.


Natiqin fikrincə, mürəkkəb tərkibli dövlət proqramlarından imtina edilməsi və onların milli layihələrlə əvəzlənməsi ayrı-ayrı sahələr üzrə daha uğurlu fəaliyyət nəticələrinin əldə edilməsinə kömək edəcək, həmçinin məsul strukturların fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində konkretliyi təmin edəcək.


"Dövlət aparatının ixtisarı asan proses deyil, amma burada da Qazaxıstan Prezidenti prinsipial qərar qəbul edib. "Aşağı maaşlı dövlət qulluğu dövlətə baha başa gəlir” - bu tezis danılmazdır, çünki korrupsiyanın səbəbi məhz dövlət qulluqçularının aşağı maaşlarıdır. Elə ixstisarlar aparmaqda məqsəd də maaşları qaldırmaqdır. Digər tərəfdən, işsiz qalan insanlar da dövlətin diqqətindən kənarda qalmayacaqlar.

 

Bu problemin həllinə kompleksli yanaşma da sözügedən Müraciətdə qırmızı xətt kimi keçir. Bu məqsədlə Prezident özəl sektorların təftişini minimuma endirməyi, biznes təşəbbüslərinin realizə edilməsinə kredit ayırmaq üçün subsidiyaları artırmağı və insan kapitalını önə çəkməyi tapşırıb. Büdcə subsidiyalarına alışmış dövlət şirkətləri də dövlətin üzərində müəyyən bir yükdür. Qazaxıstan Prezidenti öz Müraciətində onların fəaliyyətinə yanaşmanındəyişdiriləcəyini də anons edir. Tokayev həmçinin vurğulayır ki, hökumət şəffaf və rəqabətədavamlı həyata keçirilən dövlət sifarişlərinin hesabına biznes aktivliyini stimullaşdıracaq. İqtisadiyyatda inhisarçılığa qarşı qətiyyətli mübarizə yeni sahibkar dalğasına meydan açacaq. Bu istiqamətdə fəaliyyətin sistemləşdirilməsi üçün Rəqabətin Mühafizəsi və İnkişafı Agentliyi yaradılır ”,- deyə, Fərhad Məmmədov qeyd edib.


 

Onun sözlərinə görə, Vergilər Məcəlləsinin təftişi pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın bərpası üçün vacib olan işgüzar fəallığın, əhalinin məşğulluğunun stimullaşdırılması üçün başlıca mexanizm olacaq.

 

"Neft qiymətlərinə və ya digər təbii sərvətlərə güvənmək artıq trend deyil, bunu anlayan Q. Tokayev iqtisadiyyatın texnologiya və rəqəmsallaşmaya keçidinin vacib komponentini qeyd edir. Pandemiya dönəmində sosial siyasətin son dərəcə aktual olduğu meydana çıxdı. Müraciətdə hökumətin sosial dəstəyinə çıxışın asanlaşdırılması yolu ilə dövlətin sosial siyasətində islahatlar aparılması yolları öz əksini tapıb. Pandemiya dönəmi bu sahədə dərhal həll edilməsi labüd olan bir sıra problemləri üzə çıxardı.

 

Müraciətdə deyildiyi kimi, səhiyyə sistemindəki kadr ehtiyatı, sistemin yaxın on il üçün inkişafında vacib element olacaq. Gələn ildən müəllimlərin maaşlarında 25% artım, vahid onlayn təhsil platformasının hazırlanması, elmi tədqiqatlar üçün qrantlar və Müraciətdə qeyd olunan digər məsələlər, pandemiyanın nəticələrinin aradan qaldırılması prosesində dövlət başçısının diqqətini təhsilin əhəmiyyətinə yönəldir. Q. Tokayevin hüquq-mühafizə sistemi ilə bağlı qərarları, sahibkarlıq fəaliyyətinə müdaxilənin yolverilməzliyi, qanunun aliliyinə ciddi riayət olunması və hüquq-mühafizə orqanlarının fəaliyyətində şəffaflıq məsələləri ilə bağlı qətiyyətli tələbi xüsusi ilə vurğulanmalıdır.


Sonda qeyd etmək lazımdır ki, Qazaxıstan hökuməti bu mürəkkəb ildə ortaya çıxan riskləri, təhlükələri və imkanları ayıq şəkildə qiymətləndirir. Qəbul edilmiş qərarların uğurlu icrası üçün bütün hakimiyyət qollarının balanslı fəaliyyəti vacibdir. Bununla əlaqədar, demək olar ki, bütün təlimatlar eyni vaxtda həm Parlamentə, həm Hökumətə, həm də ixtisaslaşmış strukturlara ünvanlanıb. Bu, yaxın gələcəkdə bütün dünyada qeyri-sabitlik və gözlənilməzliklərə səbəb olacaq qlobal iqtisadi tənəzzül dönəmində Qazaxıstanın inkişafının davamlılığını təmin edən Prezident Tokayevin fəaliyyətinin sinerjisidir”,-deyə, Fərhad Məmmədov fikrini yekunlaşdırıb.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR