Tokayev Nazarbayevin daha bir qohumunu işdən azad etdi

Tokayev Nazarbayevin daha bir qohumunu işdən azad etdi
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşev vəzifəsindən azad edilib.

Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

Digər sərəncamla Nurlan Abdirov MSK sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin böyük nəvəsi Nurəli Əliyev B.İmaşevin qızı ilə evlidir.

OXŞAR XƏBƏRLƏR