No Image
No Image
No Image

“Tofiq Yaqublu ilə bağlı oyun quranların planları məhv oldu” - Adil Qeybulla

“Tofiq Yaqublu ilə bağlı oyun quranların planları məhv oldu” - Adil Qeybulla
 "Dünən Tofiq Yaqublu ilə bağlı verilən qərarı bir çoxları kimi mən də normal qarşıladım. Hesab edirəm ki, hadisələr, problemlər hüquqi müstəvidə həll olunmalıdır”.
Bunu açıqlamasında Tofiq Yaqublunun həkimi Adil Qeybulla deyib. O, bu məsələdə hər şeyin qanun və hüquq çərçivəsində, normal qərarlarla öz axarında düşdüyünə məmnun olduğunu bildirib.

"Bundan sonrakı məsələlərdə də Tofiq bəyin digər problemlərinin hüquqi müstəvidə həllini tapacağına əminəm. Onun ev şəraitində sağlamlığının bərpası bizim nəzarətimizlə, mərhələli şəkildə davam etdiriləcək. Hesab edirəm ki, Tofiq Yaqublunun sağlamlığını kifayət qədər nəzarətdə saxlaya bildik və səhhətinə xüsusi bir zərbə olmadan evinə getməsinə nail olduq”.
 
Adil Qeybulla, həmçinin Tofiq Yaqublunun aclıq aksiyasından istifadə etməyə, bundan dividentlər qazanmağa çalışan qüvvələrin onu hədəfə almasına münasibət bildirib: "Bu müddət ərzində bir qrup adam tapıldı ki, mənim haqqımda, aclıq aksiyası ilə bağlı gedən proseslər ətrafında arzuolunmaz ifadələr səsləndirdilər. Mətbuat olaraq siz də gözəl bilirsiniz ki, həmin şəxslər Amerikada oturub, Azərbaycan haqqında Konqresə donoslar ötürənlərdir. Onlar müxtəlif müəmmalı yollarla gedib okeanın o tayında özünə yer edən şəxslərdir. Boş-boş danışanlar əsasən Sevinc Osmanqızı və onun ətrafında olan Aleksey və digər bir-iki adam idi ki, onların da ortaya qoyduğu mövqelərlə qətiyyən razılaşmıram. Bunlar həmin şəxslər idilər ki, Tofiq Yaqublunun taleyi üzərindən qurulan xüsusi bir oyunun iştirakçıları olduqlarını aşkar şəkildə göstərdilər. Təbii ki, biz bu oyunlarda bəzilərinin öz məqsədlərinə nail olmasına imkan vermədik deyə, məlum qrup mənə qarşı qəzəbli olduğunu göstərdi. Bu işdə həmin xaricdə oturan şəxslərin planları məhv oldu, əllərində saxlamaq istədikləri böyük imkanlar heçə endi. Bir daha deyirəm, bir qrup şəxs insan taleyi üzərindən xüsusi oyunlar qurmuşdu. Həmin adamlar yenə də öz "artistliklərini" davam etdirirlər”.
(azvision)

OXŞAR XƏBƏRLƏR

İşğaldan azad edilən ərazilərimizin - Tam siyahısı

27.09.2020 saat 07-36-dan başlayaraq aşağıdakı kəndlərimiz, Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri işğaldan azad edilib. Sfera.az Azərbaycan ordusunun işğalda...

Braziliyanın Səhiyyə naziri COVID-19-a yoluxdu

Həkimlər Braziliyanın Səhiyyə Naziri Eduardo Pazuelloda COVID-19 testinin cavabının pozitiv çıxdığını açıqlayıblar. Sfera.az xəbər verir ki, bu barədə "Es...

Azad olunmuş ərazilərdə meliorativ tədbirlərə başlanıldı

Şanlı Azərbaycan Ordusu tərəfindən sentyabr ayının 27-dən başlayan əks-hücum nəticəsində işğal altında olan bir sıra şəhər və kəndlərimiz azad olunub. Azad olun...

Azərbaycanda ovçuluq müvəqqəti dayandırıldı

Azərbaycanda hərbi vəziyyətin elan edilməsi, koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin sərtləşdirilməsi nəzərə alınaraq vəhşi heyvan və quş...

İşğaldan azad edilmiş torpaqlarda azan verilib - "Ərəbi21"

Ərəb aləmində geniş oxucu auditoriyasına malik "Ərəbi21” saytında "Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında 27 ildən sonra azan verilib” sərlövhəli məqa...

Terrorçuluğa qarşı Koordinasiya Şurası yaradıldı

Nazirlər Kabineti 404 nömrəli Qərarına dair izah verib. Sfera.az NK-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, qərarla cinayət yolu ilə əldə edilmiş ...