Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
 

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.

Bu barədə  həkim Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, hazırda T.Yaqublu qida qəbul eləməyə başlayıb:

"Tofiq Yaqublunun səhhəti kafidir. Aclıq aksiyasını dayandırıb. Vəziyyətinə baxaq, ya bu gün, ya da sabah evə buraxılacaq”.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi T.Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

T.Yaqublu 17 gündür aclıq aksiyası keçirirdi. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Bu gün Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

(report.az)


OXŞAR XƏBƏRLƏR

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli oldu

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.   Sfera.az xəbər verir ki, finalda "Xəzri" və "Neftçi" klubları üz-üzə gəl...

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - 2 - FOTO

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.   DİN-in mətbuat xidmətindən Sfera.az...

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...