Titanik 2 istifadəyə veriləcək - VİDEO

Titanik 2 istifadəyə veriləcək -  VİDEO

Yeni müasir xilas etmə və təhlükəsizlik tədbirləri üçün sistemlərin qurulacağı da önə çəkilib.

Dünyada məşhur Titanik gəmisinin eynisi hazırlanır. ANS PRESS-in məlumatına görə, 2018-ci ildə 
okean sularına buraxılacağı gözlənilən gəminin artıq ilkin planının görüntüləri yayılıb.

Bildirilir ki, gəminin içərisində heç bir yeni texnoloji avadanlıqlardan istifadə edilməyəcək və onun 
orijinal variantı tamamilə saxlanılacaq.

Gəminin yeni planında diqqət çəkən tək yenilik isə göyərtədə helikopterin eniş edə bilməsi üçün ayrılan
 sahədir. Mütəxəsislər yeni gəmidə sələfindən fərqli olaraq yetərli sayda xilasedici qayıqların 
quraşdırlacağını bildirib. Yeni müasir xilas etmə və təhlükəsizlik tədbirləri üçün sistemlərin 
qurulacağı da önə çəkilib.



Blu Star Line şirkətinin sahibi avstraliyalı iş adamı Clive Palmer tərəfindən inşa etdirilən 
gəmidə 20-ci yüz illikdə istifadə olunan çox sadə idman zalı, üzgüçülük hovuzu da nəzərdə tutulub.


Titanik 2 dən foto

İnşasının 431 milyon dollardan çox vəsait xərclənəcəyi təxmin edilən gəmidə 1, 2 və 3-cü siniflər
 olmaqla 840 kabinə qurulacaq. Titanik-2 hər səfərində 2435 sərnişin və 900 ekipaj üzvü daşıya biləcək. 



Gəminin ilk səfərinin Çin ilə Dubay arasında olacağı düşünülür.

Titanik gəmisi 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq sulara qərq olub. Göyərtəsindəki 
1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas olsa da, 1 514 nəfər həlak olub.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...

Elmira Süleymanova VƏFAT ETDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.   Sfera.az xəbər verir ki, o, 87 yaşında dünyasını də...

Alen Simonyan: "İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır"

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker...