“TikTok” ABŞ xəzinəsinə 5 milyard dollar vergi ödəyəcək

“TikTok” ABŞ xəzinəsinə 5 milyard dollar vergi ödəyəcək
 ABŞ-da fəaliyyətinin qadağan olunması təhlükəsi ilə üz-üzə qalan "TikTok"un sahibi, Çinin "ByteDanse" şirkəti dünyanın bu sahədə ikinci böyük şirkəti sayılan "Oracle" və pərakəndə satış nəhəngi "Walmart" ilə saziş imzalayıb.

Sfera.az xarici saytlara istinadla xəbər verir ki, sazişə əsasən, ABŞ şirkətləri "Oracle" və "Walmart" Çin şirkətlərinin 20 faizini satın alacaq və bununla da "TikTok"un Amerikadakı əməliyyatlarını idarə edəcək. Üç şirkətin tərəfdaşlığı çərçivəsində mərkəzi ofisi ABŞ-da yerləşəcək "TikTok Global" şirkəti yaradılacaq.

"ByteDanse"dən alınan payın 12,5 faizinin "Oracle"a, 7,5 faizinin isə "Walmart"a aid olduğu bildirilib.

ABŞ-da 100 milyon istifadəçisi olan "TikTok"un ölkədə 25 min nəfər üçün məşğulluq təmin edəcəyi gözlənilir. "TikTok" ABŞ xəzinəsinə 5 milyard dollar vergi ödəyəcək.

Saziş yaxın vaxtlarda Çin hökuməti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...