“Tik-Tok”da işsizlikdən şikayət etdi, 10-dan çox iş təklifi aldı

“Tik-Tok”da işsizlikdən şikayət etdi, 10-dan çox iş təklifi aldı
"Tik-Tok” platforması iş axtarılan kanallardan birinə çevrilib.
 
Sfera.az bildirir ki, tətbiqdə həm iş axtaranlar, həm də iş verənlər üçün "CareerTok” adlı hissə yaradılıb və CV hazırlamaqla bağlı tövsiyələr, iş elanlarının əks olunduğu bölmələr əlavə edilib. 

Bu vasitədən istifadə edən Elizaveta Priqoçina adlı şəxs "Tik-Tok” üzərindən iş tapmağa nail olub. Belə ki, sentyabr ayında işsizlikdən şikayət edən Elizavetaya sabahısı gün 10-dan çox iş təklifi gəlib. 22 yaşlı gənc platforma sayəsində həyatının dəyişdiyini vurğulayıb və yaşıdlarına da tətbiqin yaxşı tərəflərindən faydalanmağı məsləhət görüb.

Qeyd edək ki, bundan əvvəl, ABŞ-ın Sietl əyalətində yaşayan 21 yaşlı tələbə Makena Yi də oxşar addımı atmış və CV-sini "Tik-Tok”da paylaşmışdı. Onun videosuna 200 min baxış gəlmiş, təxminən 20 iş verən şəxsdən mesaj almışdı.

Günay Rəsulqızı
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR