Tiflisdə Saakaşviliyə görə mitinq başladı

Tiflisdə Saakaşviliyə görə mitinq başladı
Tiflisin Azadlıq meydanında eks-prezident Mixail Saakaşvilinin azadlığa buraxılması tələbi ilə kütləvi mitinq keçirilir.

Sfera.az xəbər verir ki, mitinq iştirakçıları "Yaşasın Gürcüstan!” şüarı səsləndirirlər.

"Mtavari arxi” telekanalının baş direktoru Nika Qvaramiya mitinq iştirakçılarına üçüncü prezidentin müraciətini oxuyub.

M.Saakaşvili Gürcüstana niyə döndüyünü izah edib:

"Mənə hətta yaxın olan Ukraynada xoşbəxt ola bilmirəm. Sevimli vətənimdə bu qədər amansızlıq və fəlakətlər gördüyüm zaman mən başqa yerdə ola bilmərəm”. 

 

OXŞAR XƏBƏRLƏR