Tibbi maskalarda dəhşətli xəstəlik yayan qurdlar var? - HƏKİM HƏR ŞEYİ AÇIQLADI... / VİDEO

Tibbi maskalarda dəhşətli xəstəlik yayan qurdlar var? - HƏKİM HƏR ŞEYİ AÇIQLADI... / VİDEO
Bir neçə gündür ki, sosial medianın xarici və yerli seqmentində karonavirusdan qorunmaq üçün taxdığımız tibbi maskalarda nano-robot qurdların olduğu barədə video görüntülər yayılıb.

Sözügedən görüntülər xeyli müzakirələrə səbəb olub.
 
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı danışan tibbi ekspert, professor Adil Qeybulla bildirib ki, sözügedən görüntülər cəfəngiyatdır:

"Nano sözü texnalogiyaya aiddir, bialogiyaya aidiyyatı yoxdur. Maskalarda qurd yoxdur, bu, yalan söhbətdir. Sosial şəbəkələrdə bunu yayanlar avanturistlərdir. Belə söhbətləri dəfələrlə eşitmişik, "karonavirus yoxdur", "vaksin vurdurmayın, ziyandır" deyirdilər. Bunlar hamısı əsassız, mənasızdır.  Bu o deməkdir ki, bunu deyən insanlar "Nanotexnalogiya”nın mahiyyətini başa düşmürlər”.

Adil Qeybulla insanları bu cür yalan mövzulara aldanmamağa çağırıb. 

Sözügedən görüntüləri təqdim edirik:
 


OXŞAR XƏBƏRLƏR