Tibbi maskalar virusdan qoruyurmu, necə istifadə etməli? - Professor aydınlıq gətirdi

Tibbi maskalar virusdan qoruyurmu, necə istifadə etməli? - Professor aydınlıq gətirdi

Hazırda yayılmış kəskin respirator virus infeksiyalarından qorunmaq üçün insanlar müxtəlif üsullardan istifadə edir. Bunlardan biri də qoruyucu maskalardır. Demək olar ki, küçəyə çıxarkən qoruyucu maskalardan istifadə edən xeyli insanla rastlaşırıq. Bəs tibbi maskalar viruslara qarşı nə dərəcədə effektlidir?

Sfera.az bildirir ki, mövzu ilə əlaqədar professor Adil Qeybulla, medicina.az-a açıqlama verib.

Onun sözlərinə görə maskalardan düzgün istifadə etmək lazımdır:

"Virusların əksəriyyəti hava-damcı yolu ilə yayılır. Maskalar isə havadakı virusları keçirtmədiyi üçün effektlidir. Bu maskalar virusların yayılmasının qarşısını almaqda xüsusi kömək etmiş olur. Lakin maskalardan daimi istifadəyə ehtiyac yoxdur. İnsanların kütləvi olduğu yerlərdə, ictimai nəqliyyatda, metroda və s. taxmaq lazımdır. Bəzən insanlar xəstə olarkən ev şəraitində də maskadan istifadə edirlər. Evdə qoruyucu maska taxmağa ehtiyac yoxdur. Onun əvəzində otağın havasını dəyişmək, otağa gün işığının düşməsini təmin etmək lazımdır".

Professor kəskin respirator viruslardan qorunmaq üçün tək maskadan istifadə deyil, digər tədbirlərin görülməsinin də vacib olduğunu qeyd edib:

 

"Bundan əlavə insanlar geyim formasına fikir verməlidir. Soyuqdəymə xəstəliklərinin əksəriyyəti geyimlərin düzgün seçilməməsinə bağlıdır. Havanın temperaturu bəzən qalxıb-enir. Hava azca qızanda insanların əksəriyyəti daha nazik geyimlərlə bayıra çıxırlar. Lakin hava qəfil dəyişə bilər. Buna görə mütləq üst geyimlərinə diqqət edilməlidir. Belə hava dəyişkənliyi immun sistemini xeyli zəiflədir. Zəif immun sistemi isə viruslar üçün əlverişli olur. Əlavə olaraq düzgün qidalanmaq, immun sistemi gücləndirmək lazımdır. Səhərlər idmanla, gimnastikayla məşğul olmaq, uşaqlara vitaminli siroplar vermək və s kimi tədbirlər var ki, bunlar hamısı viruslar əleyhinə profilaktika hesab olunur". (oxu.az)

 

OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...