Tibb işçisinin təcavüz etdiyi koronavirus xəstəsi vəfat etdi

Tibb işçisinin təcavüz etdiyi koronavirus xəstəsi vəfat etdi
Hindistanda tibb işçisi COVİD-19-a yoluxan qadına təcavüz edib.
 
Sfera.az bildirir ki, hadisə Madya Pradeş əyalətində baş verib. Belə ki, 40 yaşlı Santoş Ahirvar xəstəxanada müalicə olunan 43 yaşlı qadına təcavüz edib və bir neçə saatdan sonra vəziyyəti pisləşən qadın dünyasını dəyişib.

Həmin tibb işçisinin  bundan öncə 24 yaşlı həmkarına da təcavüz etdiyi məlum olub. Santoş Ahirvar həmçinin əvvəl çalışdığı xəstəxanaya içkili halda getdiyinə görə uzaqlaşdırılma cəzası da alıbmış.

Məlumata görə, təcavüzə uğrayan və daha sonra vəfat edən qadının adı və soyadı ailəsinin istəyinə uyğun olaraq  gizli saxlanılır. Təcavüzçü isə artıq polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, oxşar hadisə ötən günlərdə İngiltərədə də olub. Belə ki, 75 yaşlı Valerie Knilin ölümü şübhəli olaraq müəyyən edilsə də, sonradan xəstəxana əməkdaşlarından birinin ona təcavüz etdiyi ortaya çıxmışdı. Təcavüz səbəbindən 75 yaşlı qadının çoxlu qan itirərək dünyasını dəyişdiyi anlaşılıb. 

Günay
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...