“The Sun” Mahir Emrelini manşetə çıxardı

“The Sun” Mahir Emrelini manşetə çıxardı
Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya” dünən İngiltərə "Lester”inə qalib gəlib. Oyunun tək qolunu isə Mahir Emreli vurub.

Sfera.az xəbər verir ki, Mahirin oyundan sonra müsahibə verərkən geyindiyi köynək diqqət çəkib.

Köynəyin üzərində matçın yekunu olan 1:0 nəticəsi əks olunub.

Dünyaca məşhur "The Sun” nəşri də bu hadisəyə biganə qalmayıb və Mahiri öz manşetlərinə daşıyıb.

Xəbərdə Varşava "Legiya”sının oyunun nəticəsini göstərən köynəyi satışa çıxarmasından bəhs olunur.

Nəşr "Legiya”nın rəsmi hesabında Mahirin şəkli ilə paylaşılan "Belə oyunlar əsla unudulmaz” qeydini də xatırladıb. Bildirilib ki, azarkeşlər köynəkləri onlayn əldə etməklə, o anları əbədi xatırlayacaqlar.

OXŞAR XƏBƏRLƏR