Təzyiqi salmağa kömək edən ən yaxşı 8 məhsul

Təzyiqi salmağa kömək edən ən yaxşı 8 məhsul
 Alimlər təzyiqi normallaşdırmağa kömək edən ən yaxşı 8 məhsulun adını açıqlayıb.

1. Çuğundur şirəsi

Sfera.az bildirir ki,  çuğundurun tərkibində olan nitrat orqanizmdə azot oksidinə çevrilir. Azot oksidi damarları genişləndirir və bununla da təzyiqi salmağa yardım edir.

2. Sobada bişirilmiş kartof (yağsız və duzsuz)

Belə kartofun tərkibində kalium və maqnezium xüsusilə çoxdur. Bu 2 maddə ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyqi aşağı salmağa kömək edir.

3. Süd məhsulları

Bu məhsulların istehlakı orqanizmdə kalsiumun səviyyəsini qaldırır. Araşdırmalar göstərir ki, kalsiumun çatışmazlığı təzyiqin artmasına səbəb olur.

4. Yumurta

Çin alimləri sübut edib ki, yumurta ağının tərkibində olan xüsusi peptid orqanizmə kaptopril kimi təsir edir. (Kaptopril tanınmış təzyiq salan dərmandır).

5. Lobya

Lobyanın tərkibində olan maqnezium, kalsium və kalium təzyiqi normallaşdırmağa kömək edir.

6. Banan

Bu ən tanınmış təzyiq salan məhsuldur. Bunun səbəbi bananın kaliumla zəngin olmasıdır.

7. Nar və nar şirəsi

Böyük Britaniyada aparılmış bir araşdırmada yüksək təzyiqdən əziyyət çəkən insanlar hər gün 1 stəkan nar şirəsini içirdi.  2 həftədən sonra bu insanlarda təzyiqin aşağı düşməsi aşkar olunub.

8. Tünd şokolad

Antioksidantlarla zəngin olan tünd şokolad damarların elastikliyini artırır və bununla da təzyiqi aşağı salmağa kömək edir.
 
(saglamolun.az)

OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...