\"Təzə Bazar\" yeni iş yerləri təklif edir - Göyçayda

\

Sfera.az xəbər verir ki, " Göyçayın səsi” İnformasiya Agentliyi Göyçay şəhərindəki meyvə-tərəvəz məhsullarının topdan və pərkəndə satış mərkəzi olan "Təzə Bazar” haqda süjet təqdim edib.


Süjetdə sözügedən bazardakı qiymətlərin bölgənin bütün bazar və mağazaları ilə müqayisədə daha əlverişli olduğu, həmçinin bazarın Bakının bazarlarını, eləcə də Göyçay və ətraf rayonlardakı böyük marketləri meyvə-tərəvəzlə təmin etdiyi vurğlanır.

 

Süjetdə həmçinin bildirilir ki, ölkəmizin bütün bölgələrindən olan fermerlər və topdan satışla məşğul olan iş adamları öz məhsularlını Göyçayın Təzə Bazarında sərfəli qiymətə satırlar, bundan əlavə, Bakı, Göyçay və digər bölgələrin meyvə-tərəvəz bazarlarında, dükanlarda çalışan şəxslər ucuz, təzə və keyfiyyətli mal almaq üçün bu bazara üz tuturlar.


Təqdim olunan video materialdan məlum olur ki, digər bazarlardakı qiymətləri məhz Göyçayın Təzə Bazarı müəyyən edir.

 

Sözügedən süjetdə bildirilir ki, Təzə Bazar Göyçay şəhərinin mərkəzi küçələrindən biri olan Mehdi Hüseyn küçəsində yerləşir. Ümumi sahəsi 4 hektar olan bu bazarda 16.000 kv.metr olan örtülü və 24.000 kv. metr olan açıq sahədə alqı-satqı mərkəzləri fəaliyyət göstrərir. Ərazidə uzunluğu 76 metr olan 14 ədəd çardağın hər birinin altında inşa edilən müasir piştaxtalar satıcılarla alıcıların istifadəsinə verilib. Bu bazar 3 ildir ki, ölkənin meyvə-tərəvəz sektorunda yüksək səviyyədə xidmət göstərir.

 

Bazarda həyat qaynayır. Kəndli fermerlər Göyçay və ətraf rayonlardan gətirdiyi məhsulu topdan satır, alverçilər isə pərakəndə satış üçün yeşiklərlə mal alaraq yük maşınlarına yığırlar. Qeyd edldiyi kimi, Təzə Bazara ölkəmizin hər yerindən kəndli fermer və alverçilər gələrək məhsul satır, mal alır. Çünki bu bazara gətirilən məhsullar birinci əldən alındığından qiymətlər diğər bazarlarla müqayisədə ucuzdur.

 

Bazar yüksək səviyyədə və müasir standartlara uyğun tikilib. Gecə-gündüz fəaliyyət göstərən bu bazarda təhlükəsizlik də yüksək səviyyədə təmin olunur. Avtomobillər, kənd təsərrüfatı məhsulları, dükanlar mühafizə polisi və bazar əməkdaşları tərəfindən qorunur. Ərazi 96 ədəd müşahidə kameraı vaitəsi ilə izlənilir. Bazarda eyni vaxtda 300-dən çox satıcı daimi işlə təmin olunub. Yay və payız aylarıda isə burada əlavə olaraq 500-dən çox vətəndaş mövsümi olaraq topdan və pərakəndə satışla məşğul olur.


 

OXŞAR XƏBƏRLƏR