Təyyarələrdəki gizli otaqlar: Nəyə lazımdır? - FOTOLAR

Təyyarələrdəki gizli otaqlar: Nəyə lazımdır? -  FOTOLAR

Təyyarələrdə gizli otaqların olduğunu bilirdinizmi?

Sfera.az xəbər verir ki, ara-sıra da olsa mindiyimiz təyyarələrdə hər kəsin görə bildiyi salon və pilot kabinəsi ilə yanaşı gizli otaqlar da var.

Həmin otaqlar ekipaj üzvlərinin dincəlməsi üçündür. Təyyarələrin modelinə görə gizli otaqların da yeri dəyişir. Adətən pilotların istirahət otaqları kokpitin arxasında yerləşir. 777-lərdə isə istirahət otaqları təyyarənin biznes-klass və ya orta hissəsində yerləşdirilir.

Ekipaj üzvləri həmin otaqlara pilləkanla çıxır. Burda paltar otağı, ayrıca tualet də var. Yatmaq üçün tamamilə hazır vəziyyətə gətirilməsi mümkün olan bu otaqlara ekipaj üzvləri əsasən uzun məsafəyə uçuşlarda növbə ilə daxil olur. 


Cebhe.info


OXŞAR XƏBƏRLƏR