Yerevanda Müdafiə Nazirliyi mühasirəyə alındı – Generallar hasardan tullanıb qaçdılar

Yerevanda Müdafiə Nazirliyi mühasirəyə alındı – Generallar hasardan tullanıb qaçdılar

Yerevanda dünəndən etibarən ikinci Qarabağ müharibəsində itkin düşən və hərbi əməliyyatların başa çatmasından sonra Azərbaycan ərazisində yaxalanan  erməni hərbçilərinin yaxınları Müdafiə Nazirliyinin bütün giriş-çıxış qapılarını bağlayıb.

Sfera.az erməni KİV-lərinə istinadən xəbər verir ki, axşam saatlarında Müdafiə Nazirliyinin bəzi yüksək rütbəli nümayəndələri hasardan aşaraq qaçmağa nail olublar, lakin etirazçılar daha sonra bunun da qarşısını alıb.

Gecə saatlarında isə xəbər yayılıb ki, Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir qrupu Rusiyanın vasitəçiliyi ilə qaytarılır və tezliklə onları aparan təyyarə Yerevanın "Erebuni” aeroportunda yerə enəcək. Həmin erməni diversantlarının yaxınları aerportda gözləməyə başlayıb, təyyarə enib, amma məlum olub ki, içərisində təkcə Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov var. Təyyarənin Bakıdan boş getdiyi haqda xəbərlər yayılsa da "Flightradar” saytının məlumatlarına əsasən o, Yerevana Rostovdan uçub.

Təyyarənin boş gəldiyini görəndə toplaşanların bir qismi Müdafiə Nazirliyinin qarşısına yollanıb və oradakı etirazçılara qoşulublar. Bu gün səhər saatlarına olan məlumata görə Müdafiə Nazirliyinin binası hələ də mühasirədədir, polis etirazçılarla danışıqlar aparır. Etirazçılar deyirlər ki, onlar Müdafiə Nazirliyinin rəhbərliyinin verdiyi yalan vədlərdən beziblər və yaxınlarının taleyinə aydınlıq gətirilməsini istəyirlər. 

 

Virtualaz.org

 

 



OXŞAR XƏBƏRLƏR

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...