Təyyarə ekipajına COVİD-19-la bağlı qoyulan tələblər dəyişdi
16:57 / 22.01.2022
1730
"Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a dəyişiklik edilib.
Sfera.az xəbər verir ki, dəyişikliyə əsasən, təyyarə ekipajında xəstəlik əlaməti olan işçidə laborator üsulla COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.