Teymur Rəcəbovun İddiaçılar Turnirində daha iki rəqibi bilindi

Teymur Rəcəbovun İddiaçılar Turnirində daha iki rəqibi bilindi

Şahmat üzrə İddiaçılar Turnirində Teymur Rəcəbovun daha iki rəqibi bilinib.

Sfera.az xəbər verir ki, bunlar rusiyalı şahmatçılardır. 

Onlardan birinə Qüds şəhərində keçirilən ilin son böyük yarışı olan FIDE Qran-Prisi başa çatdıqdan sonra aydınlıq gəlib. Bu yarışın finalında rusiyalı Yan Nepomnyaşi ilə çinli Vey İ qarşılaşıb. Rusiyalı şahmatçı 1,5:0,5 hesabı ilə qalib gələrək builki Qran-Prinin sonuncu – dördüncü mərhələsinin qalibi olub.

Bununla da Yan Nepomnyaşi həm 98 min avroya sahib çıxıb, həm də Şəhriyar Məmmədyarovla fransalı Maksim Vaşye-Laqravı qabaqlayaraq, 19 xalla 2019-cu il Qran-Prisinin ikincisi olub. Bununla da Nepomnyaşi 20 xal toplamış həmyerlisi Aleksandr Qrişukun ardından İddiaçılar Turnirində Teymur Rəcəbova rəqib olub.

 

Bundan başqa, təşkilatçılar tərəfindən bu il Batumidə Rusiya millisi ilə Avropa çempionu olmuş 22 yaşlı Kiril Alekseyenkoya "vayld kard” verilib. Ona "vayld kard” ilin üç böyük turnirindən (digər ikisi Dünya Kuboku və Qran-Pridir – S.M.) biri sayılan "Grand Swiss”də bürünc medal qazanmasına görə təqdim olunub

Beləliklə, 15 mart – 5 aprel tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək İddiçılar Turnirində aşağıdakı səkkiz şahmatçı mübarizə aparacaq: Fabiano Karuana (ABŞ), Teymur Rəcəbov (Azərbaycan), Dinq Liren, Vanq Hao (hər ikisi Çin), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kiril Alekseyenko (hər üçü Rusiya), Aniş Qiri (Niderland).

Qeyd edək ki, İddiaçılar Turnirinin qalibi şahmat tacı uğrunda dünya çempionu norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanır. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

“TikTok” ABŞ hökumətinə qarşı hüquqi mübarizəyə başlayır

“TikTok” ABŞ-dəki qadağa qanununa qarşı mübarizə aparacaq.   Sfera.az xəbər verir ki, “TikTok”un baş direktoru Şou Zi Çev söz...