Teymur Rəcəbov Dünya Kubokunun finalında heç-heçə edib

Teymur Rəcəbov Dünya Kubokunun finalında heç-heçə edib
 

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda dördüncü - sonuncu final görüşünü keçirib.

Sfera.az xəbər verir ki, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə qara fiqurlarla üz-üzə gəlib.

Qarşılaşma 31-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Ümumi hesabda (2:2) qalib müəyyənləşmədiyindən, oktyabrın 4-də "tay-breyk" olacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.


OXŞAR XƏBƏRLƏR