Teymur Mustafayevin dəfn olunacağı yer açıqlandı
22:45 / 11.06.2020
6231
Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev sabah - iyunun 12-də dəfn olunacaq.
Sfera.az xəbər verir ki, T.Mustafayevin cənazəsi doğulduğu Cəlilabad rayonunun Alar kəndinə aparılacaq.
Onun evində vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra T.Mustafayevin cənazəsi kənd qəbiristanlığında - həyat yoldaşının və oğlunun məzarı yanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.
Xatırladaq ki, xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb. (report.az)