Təyinat. “Bank BTB”yə yeni transfer

Təyinat. “Bank BTB”yə yeni transfer
 

Bank BTB-da daha bir təyinat olub. Belə ki, Zamiq Mədətov Bank BTB-nin kredit departamentinin direktoru vəzifəsinə təyin edilib. O, bankın bütün kredit məhsullarının satışına rəhbərlik edəcək.

Zamiq Mədətov 2001-2007-ci illərdə bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Müxtəlif illərdə ixtisaslaşmış sertifikasiya kurslarında təlim keçib, beynəlxalq sertifikatlara yiyələnərək menecment, biznesin inkişafı, kredit risklərinin idarə olunması, kadrların təlimi və inkişafı sahələrində bilik və bacarıqlarına yiyələnib.

Zamiq Mədətov 10 ildən çox müddət "AccessBank”-da Kredit Departamentində Qrup Rəhbəri, Təlim və İnkişaf üzrə Menecer və Filial Rəhbəri kimi vəzifələrdə çalışıb. 2019-ci ilin iyun ayından etibarən Bank "BTB”-yə cəlb edilib.

Qeyd edək ki, Bank "BTB” ASC 2019-2021-ci illər üçün yeni strateji planını təsdiqləyib. Yeni inkişaf strategiyası çərçivəsində bank əsas diqqət və resurslarını müştəri məmnuniyyətinin yüksəldilməsi, keyfiyyətli müştəri bazasının artırılması, satış üsul və vasitələrinin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi vasitələri  ilə bazar payının artırılmasına nail olmağa yönəltmişdir. Bundan başqa, növbəti üç ildə davamlı inkişafı təmin etmək üçün daxili kadr potensialını gücləndirmək, əməkdaşların fərdi inkişafını təmin etmək, proses və bacarıqların təkmilləşdirilməsi kimi məsələləri strateji hədəf olaraq müəyyənləşdirib. 

Bank haqqında daha ətraflı məlumatı  bankın Məlumat Mərkəzinin (012) 946 qısa nömrəsindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.


OXŞAR XƏBƏRLƏR

Bu il dollar 5 faiz bahalaşıb - STATİSTİKA

ABŞ dollarının məzənnəsi 2024-cü ilin əvvəlindən bəri təxminən 5 faiz yüksəlib.  Sfera.az xəbər verir ki, dolların qlobal məzənnə dəyərini göstərən Do...

Prezident Aydın İbadovu vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.   Sfera.a...

"Utancvericidir və bu davranışı sonuncu dəfə qəbul edirəm" -  Maurisio Poçettino

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə çempionatının 33-cü turunun "Everton"la oyunundan danışıb.   Sfera.az bildi...

Kibertəhlükəsizlik üzrə reytinq açıqlandı - Azərbaycan neçənci yerdədir? 

Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı növbəti Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex 2024) açıqlanıb.   Sfe...

Həkimdən bu şəxslərə XƏBƏRDARLIQ! - “Kişilər 45, qadınlar isə 55 yaşdan sonra..." 

“Kişilərin 45, qadınların isə 55 yaşdan sonra ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməsi tövsiyə olunur”.   S...

Aprelin 16-sı Ümumdünya Səs Günüdür

Səs gününün qeyd olunmasına 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb.   Sfera.az xəbər verir ki, 2002-ci ildə...