“Təxribatlar cavabsız qalmayacaq” – Azərbaycanın növbəti addımı

“Təxribatlar cavabsız qalmayacaq” – Azərbaycanın növbəti addımı
"Ermənistan tərəfindən həyata keçirilən bu təxribatlar heç vaxt cavabsız qalmayıb və bundan sonra da cavabsız qalmayacaq”.
 
Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

O bildirib ki, məğlubiyyəti həzm edə bilməyən Ermənistan sülh anlaşmasının imzalanmasını gecikdirir və təxribatlarla prosesi uzatmaq istəyində olduqlarını nümayiş etdirir:

"İstənilən halda, Azərbaycan qalib olan tərəfdir. Biz ermənilərə bir şans vermişik, lakin bunu dəyərləndirə bilmirlər. Onlar hələ də reallığı tam dərk edə bilmirlər. Ancaq Azərbaycanın əsas missiyası regionda daimi sülhü bərqərar etmək və Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsidir. Nəyin bahasına olur olsun, bunları mütləq edəcəyik”.

Millət vəkili qeyd edib ki, Ermənistan tərəfi reallıqlardan çıxış etməcəyi təqdirdə böyük itkilər verəcək:

"Nəticə etibarilə yenidən uduzan tərəf Ermənistan olacaq. Bu baxımdan da onlar düzgün nəticə çıxarmalıdırlar”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...