Təxribatçılar polis maşınını aşırdılar - Milli Məclisə basqın oldu – FOTO - VİDEO

Təxribatçılar polis maşınını aşırdılar - Milli Məclisə basqın oldu – FOTO - VİDEO
İyulun 14-də axşam saatlarında Bakı şəhərində başlayan orduya dəstək yürüşü Milli Məclisin qarşısında izdihamlı mitinqə çevrildi.

Sfera.az xəbər verir ki, iştirakçılar Ali Baş Komandana, orduya və dövlətə dəstəyini ifadə edirdi.

Lakin təəssüflər olsun ki, yürüşə gələn bir qrup təxribatçı Milli Məclisin binasının qapılarını sındıraraq, binaya daxil oldular. İğtişaşçılar polis maşınını aşırdaraq polisə müqavimət göstərdi. Vəziyyətin nəzarətdən çıxdığını görən polis gözyaşardıcı qazdan və bibər şırnağından istifadə edərək təxribata cəhd edən iğtişaşçıları hadisə yerindən uzaqlaşdırdı.

Eyni zamanda hüquq mühafizə orqanlarının əməkdaşları etik davarnışı ilə yürüşə gələn dinc əhalini parlamentin qarşısından uzaqlaşdırdı.
 

OXŞAR XƏBƏRLƏR