\"Təxribata uymayın - milli ruhumuzu sarsıtmağa çalışan xarici qüvvələr var\" - QHT sədri

\
 

"Bizim ordumuz da, xalqımız da bütün təxribatların qarşısını almaq gücündədir”.

Bunu "MediaPost"a açıqlamasında "Xocalı Soyqırımını Tanıtma" İB-nin sədri Şamil Sabiroğlu deyib.

"İnsanlarda ruh yüksəkliyi var. Bu, möhtəşəm haldır. Ancaq bu birliyimizə mane olmaq istəyən fəal qüvvələr var. Onlar dünən də müxtəlif çağırışlarla özlərini açıq-aydın biruzə verdilər. Təxribat törətmək istəyən xarici qüvvələr bizi daxildən parçalamaq istəyirlər. Gəlin, bir olub buna imkan verməyək".

Ş. Sabiroğlunun fikrincə, hazırda Ermənistan təxribatlarına cavab verən Azərbaycan Ordusuna dəstəyi yalnız birlik nümayiş etdirməklə edə bilərik: "Biz ordumuzun döyüş ruhunu, xalqımızın milli birliyini hələ Aprel hadisələrindən bilirik. Buna əvvəlcədən düşünülmüş şəkildə mane olmağa çalışan xaricdən maliyyələşən qruplar kölgə salmağa cəhd edirlər. Əvvəlcə sosial şəbəkələrdə müəyyən şəkildə dezinformasiyalar yaydılar, xalqımız onların cəhdlərinə inanmadı. İndi də öz təxribatlarını başqa formada davam etdirmək istəyirlər. Əminəm ki, xalqımız bütün təxribatların qarşısını almaq gücündədir. Ordumuz cəbhədə, xalqımız isə burada dezinformasiyalara qarşı döyüşür".


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...

Elmira Süleymanova VƏFAT ETDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.   Sfera.az xəbər verir ki, o, 87 yaşında dünyasını də...

Alen Simonyan: "İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır"

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker...