“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır - SƏBƏB

“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır - SƏBƏB

Almaniyanın avtomobil nəhəngi "Mercedes-Benz” 2005-2013-cü illər arasında istehsal olunmuş 17 mindən çox "ML-Class”, "GL-Class” və "R-Class” avtomobillərini Avstraliyada mümkün əyləc nasazlığına görə geri çağırır.

 

Sfera.az  Oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin Avstraliya bölməsinin saytında dərc olunmuş bəyanatında deyilir.

 

Qeyd edilir ki, geri çağırılan avtomobillərin sahiblərinə "əyləc gücləndiricisində mümkün nasazlıqlar səbəbindən nəqliyyat vasitələrini idarə etmək tövsiyə edilmir”.

 

"Geri çağırılan bütün nəqliyyat vasitələrinin ən qısa zamanda texniki baxışdan keçirilməsini və bütün lazımi təmir işlərinin pulsuz həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə şirkət qeyd edib.

 

Avstraliya hökuməti həmçinin bu modellərin bütün avtomobil sahiblərini "dərhal səlahiyyətli "Mercedes-Benz” servis mərkəzi ilə əlaqə saxlamağa və mümkün qədər tez yoxlama aparmağa” çağırıb.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü BİLDİRDİ

  Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera....

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan QALDIRILIR

Azərbaycan ilə Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haq...

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə “...