“Tətillər ləğv olunmur” – Təhsil Nazirliyindən açıqlama

“Tətillər ləğv olunmur” – Təhsil Nazirliyindən açıqlama
"Nazirlər Kabinetinin qərarı ilə tədris ilinin müddəti təsdiq edilib. Bu, ümumi təhsil haqqında qanundan irəli gələn vəzifə idi. Bu qərar verilənədək həmin müddəalar elə Nazirlər Kabinetinin təsdiq etdiyi nümunəvi nizamnamədə yer alırdı”. 

Sfera.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədəki hesabında bildirib. 
O qeyd edib ki, yeni qərar qəbul edildikdən sonra, uyğunlaşdırma çərçivəsində həmin normalar nizamnamədən çıxarılmalı idi:
"Başqa sözlə desək, indi həmin normalar ayrıca sənəddə öz əksini tapıb.
Yeganə fərq ondan ibarətdir ki, nizamnaməyə görə, bütün ölkə üzrə tətil və tədris müddəti ilə bağlı qərar qəbul etmək səlahiyyəti Təhsil Nazirliyində idi. İndi isə Nazirlər Kabinetindədir. Amma ayrı-ayrı məktəblər üzrə bu qərarı vermək səlahiyyəti yenə də Təhsil Nazirliyindədir”.
C.Valehov əlavə edib ki, bu sənəddə hər hansı tətilin ləğv olunmasından söhbət getmir.

OXŞAR XƏBƏRLƏR

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...