Tərtərdə mülki şəxs minaya düşərək həlak oldu

Tərtərdə mülki şəxs minaya düşərək həlak oldu
İşğaldan azad edilmiş ərazilərdə daha bir mülki vətəndaş minaya düşüb.

Sfera.az xəbər verir ki, hadisə bu gün Tərtərin Suqovuşan kəndində baş verib.

Hadisə nəticəsində Laçın rayonundan keçmiş məcburi köçkün olan, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu həlak olub.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)



OXŞAR XƏBƏRLƏR