"Terrorçuları məhv edəcəyik"

Türkiyə terror təhlükəsinə qarşı özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək.
 

Sfera.az azvision.az-a istinadən bildirir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Ankarada törədilən terror aktı ilə bağlı bəyanatında deyb.

"Vətəndaşlar narahat olmasın. Dövlətin bütün strukturları xalqla birlikdədir. Bu mübarizə öz səmərəsini mütləq verəcək. Terrorçular məhv ediləcək", - deyə Ərdoğan vurğulayıb. 

Prezidentin sözlərinə görə, regionda hökm sürən qeyri-stabil vəziyyətlə əlaqədar Türkiyədə terror aktlarının sayı artıb: "Əminəm ki, Türkiyənin bütünlüyünə, xalqın bərabərliyinə yönələn zərbələr nəticəsiz qalacaq. Çətin günlər geridə qalacaq".

OXŞAR XƏBƏRLƏR