Tənbəllər üçün ən effektiv arıqlama üsulu

Tənbəllər üçün ən effektiv arıqlama üsulu
Bəzi insanlarda maddələr mübadiləsi anadangəlmə sürətli gedir. Lakin əfsuslar olsun ki, hamı bu xoşbəxtliyə sahib deyil. Müasir dövrdə əksəriyyət yaxşı formada görünmək üçün zərərli qidalardan imtina edir, saatlarla idman zalında məşq edirlər. Yaşlaşdıqca maddələr mübadiləsi zəifləyir və çəkiyə nəzarət etmək daha da çətinləşir. 

Belə insanlar üçün sadə içki reseptini təqdim edirik:
 
Bu möcüzəli içki hətta kompüter arxasında və ya televizor qarşısında oturanda da təsirini göstərir. Təsadüfi deyil ki, bu metodu tənbəllər üçün ən effketli arıqlama metodu hesab edirlər.
 
Bu sadə reseptin sayəsində maddələr mübadiləsi sürətlənir və tədricən arıqlama prosesi gedir.
 İnqrediyentlər:

2 çay qaşığı bal
1 çay qaşığı darçın
250 ml su.

Hazırlanma qaydası:

1.Suyu qaynadın.
 
2. Darçını qazana qoyub üzərinə qaynar su tökün. Qapağını bağlayın. 
 
3. Soyuyanda bal əlavə edin. İsti suya heç vaxt bal tökməyin, çünki o öz faydalı maddələrini itirir.
 
4. Yatmazdan qabaq bu içkidən yarım stəkan için. Qapağını bağlayın, soyuducuda saxlayın. Səhəri gün yerdə qalan içkini isitmədən için.
 
Unutmayın ki, bu içkiyə yuxarıda adları qeyd olunan  inqrediyentlərdən başqa heç nə əlavə etmək lazım deyil. Onu acqarnına qəbul etmək daha yaxşıdır.
 
Bu sadə içki metabolizmi sürətləndirməyə kömək edəcək. Əlbəttə, bu içki ilə aya bir-iki kiloqram arıqlamaq olar, daha yaxşı nəticə əldə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq və düzgün qidalanmaq lazımdır. (tabloid.az)

OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...